Вернуться назад Распечатать

Ərdoğan Makronla müzakirə apardı

Avqustun 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb.

1xeber.media xəbər verir ki, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan söhbət zamanı Ukraynadakı müharibənin sülh yolu ilə həlli, eləcə də Yaxın Şərqdə baş verən son proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə lideri Ankaranın Kiyev ilə Moskva arasında sülhün yaxınlaşdırılmasına yönəlmiş istənilən danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu fransalı həmkarının diqqətinə çatdırıb.

Prezident Ərdoğan Türkiyənin Qəzza zolağında atəşkəsi təmin etmək üçün göstərdiyi səylərdən də bəhs edib.