Kamçatka ərazisində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
1xeber.media xəbər verir ki, bu barədə avqustun 21-də Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqatlar Mərkəzinin Kamçatka filialının Teleqram kanalında məlumat verilib.
Bildirilir ki, 5,1 bal gücündə seysmik hadisə Petropavlovsk-Kamçatskidən 214 km aralıda qeydə alınıb. Təbii fəlakətin ocağı 29,6 km dərinlikdə yerləşib.