Вернуться назад Распечатать

Daha bir "HƏKİM" qalmaqalı: Fərid Bayramov necə əməliyyat edir?

ABŞ-da yaşayan jurnalist Qənirə Ataşovanın  "həkim olmayan" həkimlərlə mübarizəsi davam edir.

1xeber.media xəbər verir ki,jurnalist instagram səhifəsində Fərid Bayramov haqqında paylaşım edib.

Ataşova tibbi qardaş olan Bayramovun əməliyyatlar icra etdiyini iddia edib.

Son zamanların ən aktual mövzusu ilə bağlı olan paylaşımı diqqətinizə çatdırırıq:

Fərid Bayramov. Əhalimiz ona Fərid doktor deyir. Amma sizə bildirirəm ki, o həkim deyil. Bir neçə gün əvvəl invaziv cərrahiyyə ilə bağlı bir xəstə yaxınlndan müsahibə almışdım. Bu gün vaxt tapıb şərhlərə baxanda gördüm ki, bəzi həkimlər müdafiə çıxışları hazırlayıb. Amma açığı, mən başa düşə bilmirəm ya onlar reallığı yaxşı bilirlər və göz yumurlar, ya da sadəcə həmin həkimin adını çəkib özlərini yaxşı göstərmək istəyirlər. İzləyicilər, sizə açıq şəkildə göstərirəm bu adam işlədiyi doktorun adından istifadl edib əməliyyatlara girir, amma xəstəlır onu həm də “doktor Fərid” çağırırlar. Halbuki onun diplomu həkim diplomu deyil o, tibbi qardaşdır. Onun invaziv cərrahiyyə etməyə, damar yoıu açmağa, stend qoymağa hüquqi və elmi haqqı yoxdur. Əgər sizi bu adam əməliyyat edibsə, buyurun, burada yazın. Kimlər onu həkim kimi tanıyır? Bilin ki, əgər gələcəkdə əməliyyata o girəcəksə, həkim deyil. Sizi əməliyyat edəcək həkimi tanımaq sizin təməl haqqınızdır.