1xeber.media xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Kaja Kallas BBC-yə müsahibəsində Moskvanın Ukrayna əraziləri ilə bağlı tələblərini şərh edərkən, “Rusiyanın bizim üçün qurduğu tələ məhz budur” deyib.
"Bütün söhbətlər Ukraynanın nədən imtina etməsi, Ukraynanın hansı güzəştlərə getməyə hazır olması barədədir. Bu arada biz Rusiyanın bir dənə də olsun güzəştə getmədiyini unuduruq", - o əlavə edib.
Əgər biz bu tələyə düşsək, Ukraynaya güzəştə getməsi üçün təzyiq göstərsək, o zaman bu vəziyyət təkrarlanacaq, çünki aqressiya mükafatlandırılacaq”, - Kallas yekunlaşdırıb.
Kallasın sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Alyaska sammitindən “istədiyi hər şeyi əldə edib”: onu şərəflə qarşılayıblar, Ağ Ev isə yeni sanksiyalar tətbiq etməyib.
Kallas Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlara da münasibət bildirib. Onun sözlərinə görə, hazırkı mərhələdə hələlik "aydın addımlar" azdır.
"Təhlükəsizliyin ən etibarlı təminatı güclü Ukrayna ordusudur" dedi.
Vladimir Zelenski və Avropa liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən danışıqlardan sonra bir neçə ölkə Kiyev üçün təhlükəsizlik zəmanətlərinin necə ola biləcəyi ilə bağlı təklif hazırlayır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov artıq Qərb qoşunlarının Ukraynada yerləşdirilməsinin Rusiya üçün qəbuledilməz olduğunu bəyan edib.