Вернуться назад Распечатать

Federasiya rəhbərinin oğlu faciəvi şəkildə vəfat etdi

Azərbaycanlı idmançı Toğrul İbrahimli Ukraynada faciəvi şəkildə ölüb.

1xeber.media xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Bildirilir ki, kempo-karate ustası yaşadığı evin pəncərəsindən yıxılaraq dünyasını dəyişib.

Toğrul İbrahimlinin atası, Azərbaycan Kempo Federasiyasının rəhbəri, üçqat dünya çempionu Rauf İbrahimli də sosial şəbəkə hesabında faktı təsdiqləyən post paylaşıb və övladına Allahdan rəhmət diləyib.