Вернуться назад Распечатать

Goranboyun yollarını 485 min manata təmir edəcək şirkət kimindir?

Goranboy Şəhər İcra Hakimiyyəti Başçısının Goranboy şəhəri üzrə nümayəndəliyi şəhərdə yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub. 

1xeber.media xəbər verir ki, tenderin qalibi "Star Construction” MMC seçilib. Təmir işlərinə görə şirkətə 485 332,97 manat ödəniləcək. 
"Star Təmir Construction” MMC 7 sentyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, B.Bağırova küçəsi, ev 2A-da yerləşir. MMC-nin qanuni təmsilçisi Əsgərov Zaur Maarif oğludur. 
Şirkət və qanuni təmsilçisi haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Bununla belə, şirkət satınalma müsabiqələrində fəal iştirak edir və əsasən yerli icra hakimiyyətlərinin keçirdiyi tenderlərin qalibi olur.