Вернуться назад Распечатать

"7-8 nəfər əhalisi olan kəndə qaz çəkilməsi nə qədər səmərəlidir?!" - Nazir müavini

Qazlaşdırma ilə bağlı dünya ölkələri arasında Azərbaycan yüksək yerdə dayanır.

1xeber.media Modern.az-a isrinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

O qeyd edib ki, Azərbaycanda qazlaşma 96,5 faizdir.

"Qazlaşma iki mənbədən təmin edilir: Dövlət büdcəsi və SOCAR-ın özünün imkanları hesabına. Dövlət daha çox SOCAR-ın vəsaiti ilə məsələlərin həllini tövsiyə edir. Daha çox əhalinin olduğu ərazilərin qazlaşma ilə bağlı problemləri yoxdur. 7-8 nəfər əhalisi olan bir kəndə qaz çəkmək nə dərəcədə səmərəlidir?! Digər mənbələrdən istifaə daha səmərəli olar. Buna da öyrəşmək lazımdır”,- nazir müavini deyib.