Вернуться назад Распечатать

İlk məzunlarının hamısı tələbə oldu

İşğaldan azad olunmuş Laçın rayonunun Sus kəndində fəaliyyətə başlamış məktəbin ilk məzunlarının hər biri tələbə adını qazanıb.

1xeber.media  xəbər verir ki, 2024-2025-ci tədris ilinin sentyabrında işğaldan azad olunmuş Laçın rayonunun Sus kəndində fəaliyyətə başlamış Sus kənd tam orta ümumtəhsil məktəbini bitirən 3 məzunun hər biri tələbə adını qazanıb.

Eyni zamanda, işğaldan azad olunmuş Talış kəndində fəaliyyət göstərən Ağdərə rayonu Talış kənd tam orta məktəbinin 2024-2025-ci tədris ili üzrə məzunlarının hər biri ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıblar.