Baş nazirin müavini Matteo Salvininin Fransa prezidenti Emmanuel Makronun ünvanına sərt sözlər söyləməsindən sonra Fransa Xarici İşlər Nazirliyi İtaliyanın Parisdəki səfiri Emanuel Alessandronu çağırıb.
1xeber.media xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.
“Səfirə xatırladılıb ki, bu bəyanatlar ölkələrimiz arasında etimad mühitinə və tarixi münasibətlərə, eləcə də iki ölkənin mövqelərinin, xüsusən də Ukraynaya sarsılmaz dəstəklə bağlı güclü yaxınlaşmasını üzə çıxaran son ikitərəfli hadisələrə ziddir”.
Bundan əvvəl Salvini Makronun Avropa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı mövqeyini sərt şəkildə şərh edib. "İtalyan əsgərləri Ukraynada? Qətiyyən yox. Emmanuel Makron bunu istəyirsə, qoy özü ora getsin. Dəbilqəni geyin, tüfəng götür və özün Ukraynaya get", - siyasətçi deyib.
Bundan əvvəl Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış bəyan etmişdi ki, Ukraynaya qoşun yeritmək məsələsində razılığa gəlmək istəyənlər koalisiyası deyil. O, Polşanın Ukrayna ərazisinə öz hərbi kontingentini yerləşdirməyi planlaşdırmadığını vurğulayıb.