Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu özünü ölkəmizin Müstəqil Dövlətlər
Birliyinin (MDB) fəaliyyətində artan rolunda da göstərməkdədir. Bunu təsdiq edən bir çox
məqamlar oktyabrın 8-də Moskvada keçirilmiş MDB Dövlət Başçıları Şurasının məhdud
tərkibdə iclasında iştirak edən cənab Prezident İlham Əliyevin çıxışında öz əksini aydın
şəkildə tapmışdır.
MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur
rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. “Bu, əlbəttə ki,
Azərbaycanın MDB-yə üzv ölkələr arasında malik olduğu hörmət və nüfuzun daha bir
göstəricisi kimi dəyərləndirilməlidir. Eyni zamanda , 30 ilə yaxın müddətdə Ermənistanın işğalı
altında olmuş və tamamilə dağıdılmış Laçın şəhərinin növbəti il üçün MDB-nin mədəniyyət
paytaxtı elan olunması, burada həyata keçirilən və miqyasına görə misli görünməmiş
yenidənqurma işlərinin effektivliyinin növbəti təsdiqidir. Cənab Prezidenti dediyi kimi, bu gün
artıq Laçın bərpa olunub və burada yeni həyat başlayıb. Laçının MDB-nin mədəniyyət
paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük
minnətdarlıqla qarşılanıb.
Prezident İlham Əliyevin öz çıxışında toxunduğu mühüm məsələlərdən birinin də
COP29 iqlim konfransı ilə bağlı olduğunu vurğulayıb: “Bakıda keçiriləcək COP29 iqlim
konfransının başlanmasına artıq bir ay qalıb. Ölkəmizin ev sahibliyi edəcəyi bu konfrans
dünyada ən böyük beynəlxalq tədbir hesab olunur. Dövlət başçımızın dediyi kimi, 200-ə yaxın
ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarı bütün dünya ictimaiyyətinin
Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirilməlidir. COP29-a hazırlıq işləri artıq başa
çatmaq üzrədir və Azərbaycanın bu tədbiri də ən yüksək səviyyədə keçirəcəyi bu gün heç
kimdə şübhə doğurmur. Cənab Prezident öz çıxışında həmçinin İkinci Dünya müharibəsində
Qələbənin 80 illiyi ilə bağlı MDB dövlət başçılarının qəbul edəcəkləri ümumi müraciətin
əhəmiyyətini vurğuladı və bir daha diqqətə çatdırdı ki, Azərbaycan faşizm üzərində ümumi
qələbəyə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan
cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 123
azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan
neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini
tədarük edib. Prezidentimiz qeyd edib ki, faşizm üzərində ümumi Qələbə MDB-yə üzv
dövlətlərin gələcək əməkdaşlığının daha da möhkəmləndirilməsi üçün mühüm amillərdən
biridir”.
Aydın Bağırov,
Sabirabad rayonu Cavad kənd 2 saylı tam orta məktəbinin direktoru