Вернуться назад Распечатать

Ramil Səfərovun həyat yoldaşı BDU-dakı işindən ayrıldı

Bakı Dövlət Universitetinin (BDU) rektorunun müşaviri Şəbnəm Səfərova işindən ayrılıb.

1xeber.media modern.az-a istinadla xəbər verir ki polkovnik-leytenantı Ramil Səfərovun həyat yoldaşı universitetdəki  fəaliyyətini sonlandırıb.

O, BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri vəzifəsində çalışırdı.

Şəbnəm Səfərova işdən ayrılma səbəbi hələlik məlum deyil. 

Qeyd edək ki, Ş. Səfərova bu vəzifəyə 2023-cü il yanvar ayında təyin edilib.