Вернуться назад Распечатать

DTX rəisi istefa verdi

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Anri Oxanaşvili vəzifəsindən getdiyini açıqlayıb.

1xeber.media xəbər verir ki, o bu barədə "Facebook"da bildirib.

Oxanaşvili Baş nazir İrakli Kobaxidzenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini tutmaq niyyətində olduğunu qeyd edib.

Baş nazir isə bildirib ki, Gürcüstan DTX-nin yeni rəhbəri hakim partiyanın icraçı katibi Mdinaradze olacaq.