Вернуться назад Распечатать

Yeniyetməni maşın vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

1xeber.media məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2011-ci il təvəllüdlü N.Kazımovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.