Вернуться назад Распечатать

Hacı Rasimin "Möcüzə"si -Səkiləri zəbt edib marketini yekəldir


Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Möcüzə” market piyada səkisini, həm də avtomobil yolunu zəbt etməklə vətəndaşları narahat edir.

1xeber.media AzFakt.com-a istinadla  xəbər verir ki, "Möcüzə” market son bir ildə qanunsuz tikintilərin sayını artırmaqla Nazim İsmayılov 5 ünvanını "işğal” edib. 

Bildirilir ki, "Möcüzə” market rəhbəri hacı Rasim Bakıxanovda market anlayışından küçə ticarətinə keçib. Belə ki, artıq hər gün marketin meyvə-tərəvəz piştaxtaları piyada səkisinə düzülüb. Piyada səkisini marketə qatan hacı Rasim qanunsuz işlərini qanuniləşdirdiyini iddia edir.

Hazırda Bakıxanov qəsəbəsi Nazim İsmayılov 5 ünvanında "Möcüzə” marketin ətrafında vətəndaşların gediş-gəlişi üçün nəzərdə tutulan səkilər hacı Rasim tərəfindən zəbt edilərək "özəlləşdirilib”.

Mövzuya qayıdacağıq.