Qubada hər kəsi təəccübləndirən hadisə baş verib. İş adamlarından biri öz sevimli itinə möhtəşəm ad günü şənliyi təşkil edib. Tədbirin ümumi xərci isə 50 min manatı keçib.
Məlumata görə, Qubanın məşhur istirahət komplekslərindən biri olan "Aysu Village" istirahət mərkəzində xarici vətəndaşlar tərəfindən keçirilən məclisə 30-dan artıq qonaq dəvət olunub. İtin ad günü üçün xüsusi tort bişirilib.
Tədbirdə həm canlı musiqi ifa olunub, həm də atəşfəşanlıq göstərilib. Şənliyə gələn qonaqlara bahalı yeməklər təqdim olunub. İtin ad günü hədiyyələri sırasında isə qızıl boyunbağı, xüsusi hazırlanmış yataq dəsti və xaricdən gətirilmiş lüks paltarlar da yer alıb.
1xeber.media xəbər verir ki,Qubada belə bir tədbirin keçirilməsi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Bəziləri bu addımı “həddindən artıq israfçılıq” adlandırsa da, digərləri heyvan sevgisinin bu şəkildə nümayiş olunmasını müsbət qarşıladığını bildiriblər.
Hər halda, bu hadisə Qubanın gündəminə düşməklə yanaşı, “Azərbaycanda ən bahalı it ad günü” kimi də tarixə düşüb.