Вернуться назад Распечатать

Əjdər Cəfərova vəzifə verildi

Azərbaycan Badminton Federasiyasında yeni təyinat olub.

1xeber.media xəbər verir ki, Əjdər Cəfərov Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri təyin edilib.

Ə.Cəfərov 2011–2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.