Вернуться назад Распечатать

İsrail Tehran nüvə danışıqlarının tarixini açıqlayıb

İran, Britaniya, Fransa və Almaniya arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqlar avqustun 26-da Cenevrədə keçiriləcək.

1xeber.media xəbər verir ki, bu barədə avqustun 25-də “The Times of Israel” mənbəyə istinadən məlumat yayıb.

“Çərşənbə axşamı İran və 2015-ci il nüvə sazişinin üç Avropa tərəfi, eləcə də Avropa İttifaqı Cenevrədə xarici işlər nazirlərinin müavinləri səviyyəsində danışıqların yeni raundu keçirəcək”, - mənbənin bəyanatında deyilir.

Bu görüş 2025-ci ilin iyununda ABŞ-ın İrandakı bir neçə nüvə obyektinə zərbə endirməsi ilə nəticələnən İsrail-İran eskalasiyasının sona çatmasından sonra ikinci görüş olacaq.