Вернуться назад Распечатать

İsrailin Qəzzada xəstəxanaya endirdiyi zərbə nəticəsində ölən jurnalistlərin sayı 5-ə çatıb

1xeber.media xəbər verir ki, Əl-Cəzirə avqustun 25-də bildirib ki, İsrailin Qəzza zolağına endirdiyi hava hücumu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

"Ölənlərin sayı 20-yə çatıb, o cümlədən beşi jurnalist", - məlumatda deyilir.

Fələstin Jurnalistlər Sindikatı Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Jurnalistlər Federasiyasını Qəzzada jurnalistlərin öldürülməsini dayandırmaq üçün əməli və çəkindirici addımlar atmağa çağırıb.