Вернуться назад Распечатать

Zelenski SBU Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəhbər təyin edib

Ukraynada Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəhbər təyin edilib. Müvafiq sərəncamı ölkə prezidenti Vladimir Zelenski imzalayıb, sənəd dövlət başçısının aparatının saytında dərc olunub.

1xeber.media xəbər verir ki, bu vəzifəyə Yevgeni Xmaranın təyin edildiyi dəqiqləşdirilir.

"Ukrayna Prezidentinin 657/2025 saylı fərmanı. Yevgeni Leonidoviç Xmara Ukrayna Təhlükəsizlik Xidmətinin "A" Xüsusi Əməliyyat Mərkəzinin rəisi təyin edilsin", - sənəddə deyilir.