Вернуться назад Распечатать

Ryazan vilayətində fövqəladə hadisə nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb - VİDEO

Ryazan vilayətində zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

1xeber.media xəbər verir ki, bunu avqustun 25-də vilayətin qubernatoru Pavel Malkov bildirib.

"Bu günə olan məlumata görə, 28 nəfərin öldüyü təsdiqlənib, şəxsiyyətin müəyyən edilməsi və müayinələr davam edir. Ölənlərin ailələrinə regional ödəniş, zavod və Rusiya Sosial Fondundan təzminat daxil olmaqla 5 milyon rubldan çox pul veriləcək", - o, Telegram kanalında yazıb.

O qeyd edib ki, əsas axtarış-xilasetmə işləri başa çatıb, bələdiyyə fövqəladə vəziyyət rejimi qüvvədə olsa da, regional fövqəladə vəziyyət rejimi götürülüb. Zavodun ərazisində fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Yanğından sonra 37 nəfər Ryazan və Moskvada xəstəxanalarda qalır, 120 nəfər isə ambulator müalicə alır. Ryazan vilayətinin qubernatorunun sözlərinə görə, zərərçəkənlər dəymiş ziyandan asılı olaraq 413 min rubldan 1,2 milyon rubla qədər kompensasiya alacaqlar. Artıq həlak olanların və xəsarət alanların ailələrinə regional ödənişlərə başlanılıb.

Malkov vurğulayıb ki, istintaq orqanları tezliklə faciənin səbəblərini müəyyən edəcək.

"Artıq aydındır ki, bölgədəki xüsusi iş şəraiti olan bütün müəssisələr təhlükəsizlik tədbirlərinə nəzarəti gücləndirməlidirlər" dedi.