Вернуться назад Распечатать

Tramp Kim Çen Inla görüşməyə razılıq verib

ABŞ prezidenti Donald Tramp keçirdiyi brifinqdə Şimali Koreya lideri Kim Çen Inla bir gün görüşəcəyini deyib.

1xeber.media xəbər verir ki, tədbir Ağ Ev tərəfindən yayımlanıb.

"Bir gün mən onunla görüşəcəyəm" dedi Amerika lideri.

Daha əvvəl Kim Çen Inın bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Conq bildirib ki, ABŞ yaranmış yeni reallıqları tanımalıdır, əks halda Şimali Koreya ilə danışıqlar yalnız “ümid” olaraq qalacaq. Onun sözlərinə görə, Vaşinqton KXDR-in nüvə statusunu tanımalıdır.