Вернуться назад Распечатать

Pezeşkiandan Azərbaycanla qardaşlığı tənqid edənlərə - REAKSİYA

Biz bütün qonşularımızla qardaşıq.

Aramızda ancaq quru sərhədi var.
1xeber.media xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Azərbaycanla dostluq və qardaşlığı tənqid edənlərə münasibət bildirərkən deyib.
"Hər kəsin öz evi var. Suyumuz bir, torpağımız bir. Mənim bir evim, sənin bir evin var. Hər kəs öz evində hakimdir. Biz bütün qonşularımızla qardaşıq, qohumuq, yaxınıq", -o əlavə edib.