Вернуться назад Распечатать

Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək - 4 aya 137 min manat alacaq

Dənizkənarı Bulvar İdarəsi Böyük Britaniyanın “COWI UK LIMITED” (02962837) şirkəti ilə satınalma müqaviləsi imzalayıb.

1xeber.media xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd edək ki, ümumi dəyəri 136 min 614 manat olan müqavilənin şərtlərinə görə, Böyük Britaniya şirkəti bayraq dirəyinin funksional vəziyyətinə nəzarət edilməsi, daimi monitorinq sisteminə daxil olan məlumatların təhlil edilməsi və müvafiq hesabat və rəylərin hazırlanması xidmətlərini göstərəcək.
Onu da bildirək ki, müqavilə üzrə nəzərdə tutulan işlər dekabr ayının 31-də başa çatacaq.