Вернуться назад Распечатать

Oğuzun yeni başçısı maliyyə sanksiyası almış şəxslə müqavilə bağladı

Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən dəftərxana və təsərrüfat mallarının alınması üçün keçirilən tenderin qalibi Samir Tahir oğlu Hüseynov olub.

1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, müqavilənin məbləği 5.103,15 manat təşkil edir.

Əldə etdiyimiz digər məlumata görə, qalib fiziki şəxs Operativ vergi nəzarəti üzrə Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması səbəbindən 1000 manat məbləğində maliyyə sanksiyası ilə cərimələnib.

Xatırlada qki, Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı. Cavid Teyrun oğlu Əbdul-Qədirovdur.