Вернуться назад Распечатать

Goranboya minik maşını aşdı - Qadın öldü

Goranboyda minik maşını aşıb.

1xeber.media  məlumatına görə, hadisə Goranboy-Naftalan yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 1989-cu il təvəllüdlü A.Həsənova hadisə yerində həyatını itirib. Sürücü 1994-cü il təvəllüdlü F.Zeynalov xəsarət alaraq xəstəxanaya aparılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.