Вернуться назад Распечатать

İsrail ordusu Suriyanın Kuneytra əyalətində yaşayış binasını atəşə tutub

İsrail Müdafiə Qüvvələri (IDF) Suriyanın Quneytra əyalətində yaşayış binasını atəşə tutub, bir nəfər ölüb.

1xeber.media xəbər verir ki, bu barədə avqustun 26-da SANA agentliyi öz Telegram kanalında məlumat yayıb.

“İsrail ordusunun evi atəşə tutması nəticəsində bir gənc həlak olub”, - nəşr yazır.

Hadisənin əyalətin şimalındakı Tarnca kəndində baş verdiyi dəqiqləşdirilir.