Вернуться назад Распечатать

Kanadanın baş naziri Rusiyaya qarşı yeni tədbirləri açıqlayıb

Kanada və Avropa İttifaqının (Aİ) hakimiyyət orqanları Aİ tərəfindən hazırlanan 19-cu sanksiyalar paketinə əlavə olaraq maliyyə sektorunda Rusiyaya qarşı yeni məhdudiyyətlərin tətbiqi imkanlarını müzakirə edirlər.

1xeber.media xəbər verir ki, bunu Kanadanın baş naziri Mark Karni Almaniya kansleri Fridrix Merzlə keçirdiyi birgə mətbuat konfransında “Reuters” agentliyinə açıqlamasında deyib.

“Biz [Aİ-nin] 19-cu sanksiyalar paketinə əlavə olaraq, lazım gələrsə, [Rusiyaya qarşı] potensial olaraq başqa hansı maliyyə sanksiyalarının tətbiq oluna biləcəyini müzakirə etdik”, o deyib.

Baş nazirin sözlərinə görə, Qərb ölkələri Ukrayna üzrə danışıqlar prosesi ilə paralel olaraq Moskvaya sanksiya təzyiqlərini və Kiyevə hərbi dəstəyi davam etdirməlidir. Karni əlavə edib ki, o, Rusiya prezidenti Vladimir Putinlə Ukrayna lideri Vladimir Zelenskinin görüşünü münaqişənin həlli üçün zəruri addım hesab edir.

Bundan əvvəl Almaniya kansleri Fridrix Merz Putinlə Zelenski arasında görüş baş tutmayacağı təqdirdə Rusiyanı daha sərt sanksiyalarla hədələmişdi. Qərb liderləri bunun yaxın iki həftə ərzində təşkil olunacağını gözləyirlər, dedi.