Вернуться назад Распечатать

İsrail Qəzza təklifinə cavab vermək istəmir - Qətər Xarici İşlər Naziri

İsrail vasitəçilərin təqdim etdiyi Qəzza zolağında hərbi əməliyyatların dayandırılması təklifinə cavab vermək istəmir.

1xeber.media xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari bildirib.

“İsrail Qəzza zolağında atəşkəsin dayandırılması təklifinə nə müsbət, nə də mənfi hər hansı rəsmi cavab vermir və alternativ variantlar təklif etmir.

Eyni zamanda əl-Ənsari Fələstinin radikal HƏMAS hərəkatının İsrail üçün məqbul şərtlərlə razılaşdığını qeyd edib. Diplomat qeyd edib ki, top hazırda İsrailin meydanındadır, lakin görünür, razılığa gəlmək istəmir.

Bundan əvvəl İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlər İsrailin BMT-dəki üzvlüyünün dayandırılmasına nail olmaq niyyətində olduqlarını bəyan etmişdilər. Onlar İsrailin təşkilatın qətnamələrini dəfələrlə pozmasını nəzərə alaraq BMT-nin üzvü olaraq qala biləcəyinə şübhə ilə yanaşıblar.