Вернуться назад Распечатать

Gəncədə toya gedənlər qəzaya düşdü - 5 nəfər yaralandı

Gəncədə zəncirvari qəza olub.

1xeber.media  məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospekti ərazsində qeydə alınıb. Belə ki, hərəkətdə olan 3 avtomobil toqquşub. Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, qəzaya düşənlər toya gedirmiş.

Hadisə yerinə polis əməkaşları cəlb edilib.