Вернуться назад Распечатать

Doktorantura təhsili almaq istədi dələduzluqla üzləşdi

Türkiyənin Karabük Universitetində doktorantura təhsili almaq istəyən şəxs dələduzluqla üzləşib. 

1xeber.media xəbər verir ki, Y. Qurbanzadə adlı şəxs iş yoldaşının vasitəsi ilə tanış olduğu Təbriz adlı şəxs tərəfindən aldadılıb. 
Təbriz Y.Qurbanzadəyə Türkiyənin Karabük Universitetində doktorantura təhsili almasına yardım edəcəyini bildirib. O, bunun müqabilində zərərçəkmişdən hissə-hissə olmaqla 4370 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib.
Qarşı tərəf hüquq-mühafizə orqanlarına şikayət edib. Təbriz saxlanılıb və daha sonra ona Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 
Cinayət işinə Xəzər Rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə baxılıb. 
Təbriz məhkəmə zamanə ona verilmiş ittihamla özünü təqsirli bildiyini deyib. Həmçinin məlum olub ki, dəymiş zərərdən 900 manatını qaytarıb. 
Məhkəmənin hökmü ilə müttəhimə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 1 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində 1 il 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.