Вернуться назад Распечатать

Əmək və Sosial Münasibətlər Akademiyası qəbul planını tam yerinə yetirdi

Dövlət İmtahan Mərkəzin ali məktəblərə qəbul imtahanlarının nəticələrini açıqlayıb. Bu il bir sıra ali təhsil müəssisələri qəbul planını tam dolduraraq abituriyentlərin əsas seçim ünvanına çevrilib.

1xeber.media xəbər verir ki, onların sırasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası da var.

Mütəxəssislərin fikrincə, qəbul planının tam dolması bir neçə mühüm faktoru özündə ehtiva edir. İlk növbədə, akademiyada təklif olunan ixtisasların əmək bazarının aktual tələblərinə cavab verməsi gənclərin marağını artırıb. Bununla yanaşı, sosial-iqtisadi sahələr üzrə mütəxəssislərə olan tələbatın artması da seçimlərdə özünü göstərib.

Qeyd edək ki, son illər Akademiya tədris proqramlarını yeniləyərək praktiki bacarıqların inkişafına xüsusi önəm verir. Bu isə məzunların gələcəkdə iş dünyasında daha çevik mövqe tutmasına imkan yaradır.

Beləliklə, Əmək və Sosial Münasibətlər Akademiyasının qəbul planını tam doldurması, həm təhsil müəssisəsinin imicinin güclənməsi, həm də əmək bazarının gələcək kadr təminatı baxımından mühüm göstərici hesab olunur.