Tbilisi Şəhər Məhkəməsi 2024-cü ildə Gürcüstanda baş vermiş iğtişaşları maliyyələşdirmiş yeddi qeyri-hökumət təşkilatının (QHT) hesablarını dondurub.
1xeber.media xəbər verir ki, bu barədə avqustun 27-də ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Onlar qeyd ediblər ki, bu vəsait aksiya iştirakçıları üçün qaz maskası, eynək, maska və bibər qazı alınmasını maliyyələşdirir, həmçinin açıq şəkildə vətəndaş itaətsizliyinə, etirazçılar üçün cərimələrin ödənilməsinə və onların məhkəmədə müdafiəsinin təmin edilməsinə çağırılır.
“Aksiya iştirakçılarının hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq hərəkətləri həyata keçirməsi üçün xüsusi vasitələrin verilməsi razılaşdırılmış şəkildə, o cümlədən qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçirilib”, - TASS Baş Prokurorluğun bəyanatının mətnində deyilir.