Вернуться назад Распечатать

Qaynaq edən kişi bir hektar əkin sahəsini məhv etdi

Avqustun 22-də Qazax rayon Ağköynək kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan 1xeber.media  bildirilib ki, araşdırmalarla yanğının 1990-cı il təvəllüdlü Elnur Məmmədovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Nəticədə bir hektar biçilmiş əkin sahəsi yanıb.

E.Məmmədov barəsində qanunvericiliyə uyğun tədbir görülüb.