ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTX) katibi Rustem Umerovla görüşəcək.
1xeber.media xəbər verir ki, bu barədə avqustun 27-də Bloomberg məlumat yayıb.
Agentliyin məlumatına görə, gündəmdə təhlükəsizlik təminatları və Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski arasında gözlənilən ikitərəfli görüş müzakirə oluna bilər.