SOCAR əməkdaşlarına 13-cü maaşın verilməsi ilə bağlı qurumun prezidenti Rövşən Nəcəfin əmr imzaladığı haqda məlumat həqiqəti əks etdirmir.
1xeber.media xəbər verir ki,bu sözləri Axar.az-a açıqlamasında SOCAR strukturunda təmsil olunan və bəlli səbəbdən adının açıqlanmasını istəməyən şəxs deyib.
O bildirib ki, bu il SOCAR prezidentinin 16 iyul 2024-cü il əmri ilə birdəfəlik mükafatlandırma nəzərdə tutulub:
“Bu mükafatlandırma qarşıya qoyulan tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi ilə bağlıdır. Əmrdə də bildirilir ki, mükafatlandırma fərdi qaydada aparılır, hər bir işçinin intizamına, gördüyü işə görə. Yəni bu, qətiyyən 13-cü maaş demək deyil”.
Onun sözlərinə görə, SOCAR prezidentinin daxili əmri ilə mükafatlandırma iki kateqoriyaya bölünüb:
“Fəhlə, mütəxəssis və texniki heyət – noyabr maaşı ilə bərgə müfakatlarını alacaqlar. Starateji və taktiki rəhbər kateqoriyasında çalışan şəxslər isə 2025-ci ilin yanvar maaşını alarkən, mükafatları da təqdim ediləcək”.
Mənbə bildirib ki, mükafatlandırma da fərdi qaydada tətbiq edilir və standart deyil.
Qeyd edək ki, bundan öncə mediada SOCAR prezidenti Rövşən Nəcəfin əmri ilə qurumun əməkdaşlarına 13-cü maaş veriləcəyi haqda məlumat yayılmışdı.