Вернуться назад Распечатать

ABŞ Rusiyaya xəbərdarlıq etdi

ABŞ Rusiyanı Ukrayna ilə görüşməyə və müharibənin sülh yolu ilə həllinə nail olmaq üçün lazımi tədbirlər görməyə çağırıb. Əks halda Moskvanı sanksiyalar gözləyir.

1xeber.media xəbər verir ki, bu barədə "Qardian" məlumat yayıb.

Məlumata görə, bu xəbərdarlıq Rusiyaya BMT Təhlükəsizlik Şurasının cümə günü, avqustun 29-da keçirilən fövqəladə iclası zamanı edilib:

"İclas Rusiyanın avqustun 28-nə keçən gecə Ukraynaya ən azı 20 nəfərin ölümünə səbəb olan kütləvi zərbələrindən sonra çağırılıb".

ABŞ-ın BMT-dəki səfiri vəzifəsini icra edən Con Kelli deyib ki, Rusiyanın hücumları Moskvanın sülhə olan ciddiliyini şübhə altına alır. O, Rusiyadan Ukraynaya zərbələri dayandırmağı tələb edib.