Вернуться назад Распечатать

Fransa səfiri Azərbaycanı tərk etdi

Fransanın səfiri Ann Buayon Azərbaycanı tərk edib.

1xeber.media xəbər verir ki, bu barədə diplomat sosial mediada paylaşım edib.

"Missiyamın sonunda fantastik komandadan ayrılıram. Yeni səfir Sofie Laquta Fransa-Azərbaycan münasibətlərinə və regionda sülh və əməkdaşlıq perspektivlərinə xidmət etməkdə uğurlar arzulayıram", - A.Buayon qeyd edib.