Slovakiyanın baş naziri Robert Fiko Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpinlə ikitərəfli görüşlər keçirəcəyini təsdiqləyib.
1xeber.media xəbər verir ki, Slovakiya lideri bu barədə sentyabrın 1-də özünün Facebook səhifəsində videomüraciətində bildirib.
"Mən bu axşam Çinə səfərə gedirəm.Təsdiq etmək istərdim ki, Pekinə səfərim zamanı Çin Prezidenti Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və orada iştirak edən digər hökumət rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcəyəm", - o deyib.
Fiko bildirib ki, Slovakiyaya qayıtdıqdan sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə də görüş keçirəcək.