Вернуться назад Распечатать

Rusiya və Çin liderləri görüşdü

Rusiya Prezidenti Vladimir Putinlə Çin Sədri Si Cinpin arasında görüş keçirilib.

1xeber.media  “Kommersant”a istinadən xəbər verir ki, görüş İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümü ilə bağlı keçirilən tədbirlər çərçivəsində təşkil edilib. 

Tərəflər iki ölkə arasındakı münasibətləri və beynəlxalq məsələləri müzakirə ediblər. 

Xatırladaq ki, V.Putin avqustun 31-dən Çində səfərdədir. Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edən Rusiya lideri, sentyabrın 3-də parada da qatılacaq.