Вернуться назад Распечатать

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

Azərenerji ASC-nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium şirkəti açıb.

1xeber.media xəbər verir ki,bu barədə Axar.az-a daxil olan məlumatda bildirilir ki, Fərid Fərhadzadə bu ilin martında ad gününə özəl olaraq Londonda ALUFAR UK LIMITED şirkətini qeydiyyatdan keçirib. Sənədlərə görə şirkətin direktoru Vüqar Axundov adlı şəxsdir, benefissiarı isə Fərid Fərhadzadədir.

Məlumata görə, Fərhadzadə yeni şirkətini Londonda İsrail vətəndaşı kimi təsis edib.

Şirkətə 25120 fəaliyyət kodu – metal qapı və pəncərə istehsalı lisenziyası verilib. Bu sahə əsasən müxtəlif növ metal materiallardan (məsələn, alüminium, polad, dəmir və s.) qapı, pəncərə və onların çərçivələrinin istehsalı ilə məşğul olan müəssisələri əhatə edir.