Вернуться назад Распечатать

Putin Çindən Ukraynanı HƏDƏLƏDİ

Rusiya prezidenti Vladimir Putin Ukraynanın enerji sektorunu vurmaqla hədələyib.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya lideri Vladimir Putin Pekində Slovakiyanın baş naziri Robert Fitso ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Moskva Kiyevin hücumlarına cavab olaraq Ukraynanın enerji obyektlərinə zərbələr endirəcək.

“Rusiya uzun müddət Ukraynanın enerji infrastrukturuna hücumlarına dözürdü və cavab vermirdi. İndi isə biz ciddi cavab addımlarına başlayırıq”, - deyə Putin bildirib.