Вернуться назад Распечатать

Yaponiyada Şuşa ilə bağlı məqalə dərc olundu

Yaponiyada dərc olunan, daha çox turizm, mədəniyyət sahələrindən bəhs edən, oxucuları arasında “Eleqantlıq nümunəsi” kimi tanınan “Pavone” jurnalının 72-ci buraxılışında tarixi, əsrarəngiz Şuşa şəhəri haqqında məqalə dərc edilib.

1xeber.media xəbər verir ki, məqalədə Şuşanın məftunedici təbiəti, turizm imkanları, tarixi abidələri, beynəlxalq aləmdə tanınması barədə məlumatlar öz əksini tapıb.