Bu gün Xaçmaz rayonunun bir sıra yaşayış məntəqələrində qaz olmayacaq.
1xeber.media "Azəriqaz"a istinadən xəbər verir ki, Xaçmaz xidmət sahəsinin Xudat Qazpaylayıcı stansiyasından qidalanan Xudat şəhəri istiqamətində istismarda olan PE 315 mm-lik yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması ilə əlaqədar 03.09.2025-ci il tarixdə saat 09:30-dan etibarən işlər yekunlaşanadək qaz təchizatının daxildən dayandırılması planlaşdırılıb.