Вернуться назад Распечатать

Kanalda batan digər qardaşın da meyiti tapıldı

Sentyabrın 1-də Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində batan digər şəxsin axtarışları başa çatıb.

1xeber.media xəbər verir ki, bu barədə FHN-in Mətbuta xidmətindən bildirilib.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.