Вернуться назад Распечатать

AMB vəzifəli şəxsi cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) PulPal MMC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

1xeber.media xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində "PulPal"da aprel ayında keçirilmiş plandankənar yerində yoxlama zamanı yoxlama müddəti ərzində yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və aparılmış əməliyyatlar haqqında dolğun məlumatların təqdim olunmaması üzə çıxıb. Odur ki, şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq 1 000 manat cərimə edilib.