Ukrayna hətta Rusiya ərazi güzəştinə getməsə belə, NATO-ya üzv olmaq müqabilində hərbi əməliyyatları dayandırmağa hazırdır. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Sky News-a müsahibəsində deyib.
Zelenskinin sözlərinə görə, Kiyevin nəzarətində olan ərazi “NATO çətiri altında” qəbul edilərsə, gələcəkdə Ukrayna hakimiyyəti diplomatik yollarla “ölkənin qalan hissəsinin” geri qaytarılması ilə bağlı razılığa gələ biləcək. Eyni zamanda, Şimali Atlantika Alyansına dəvətin özü Ukraynanın bütün beynəlxalq səviyyədə tanınmış sərhədlərinə aid edilməlidir, deyə o qeyd edib.
1xeber.media xəbər verir ki, Zelenski əlavə edib ki, müdafiə alyansı Ukraynanın Kiyevin nəzarətində olan hissəsini “dərhal əhatə etməlidir”, əks halda Rusiya digər ərazilərə nəzarəti ələ keçirmək üçün “geri qayıdacaq”.
Sky News xatırladır ki, bütün Rusiya-Ukrayna münaqişəsi boyu Zelenski heç vaxt Moskvaya hər hansı ərazini verəcəyini deməyib.O əlavə edib ki, müdafiə alyansı Ukraynanın Kiyevin nəzarətində olan hissəsini “dərhal əhatə etməlidir”, əks halda Rusiya digər ərazilərə nəzarəti ələ keçirmək üçün “geri qayıdacaq”.