Вернуться назад Распечатать

Britaniya Rusiyanın pulunu Ukraynaya göndərdi

Britaniya dondurulmuş Rusiya aktivlərindən əldə edilən 1 milyard funt-sterlinqi Ukraynaya göndərib.

1xeber.media  xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.

“Dondurulmuş Rusiya aktivlərindən əldə edilən 1 milyard funt-sterlinqdən çox vəsait Ukraynaya hərbi dəstək üçün istifadə edilib”, - bunu Britaniyanın müdafiə naziri Con Hili deyib.

O, həmçinin bildirib ki, Britaniya öz silahlı qüvvələrinin döyüş hazırlığı səviyyəsini nəzərdən keçirir və atəşkəs əldə olunacağı təqdirdə onu Ukraynaya göndərmək niyyətindədir.