Вернуться назад Распечатать

Qonşuda fəlakət: Su anbarları bir-birinin ardınca quruyur

İranda davam edən quraqlıq ölkənin su təchizatında ciddi böhrana səbəb olub.

1xeber.media xəbər verir ki, bu barədə İran Su Ehtiyatlarının İdarəetmə Şirkətinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, ölkənin əsas su mənbələrindən olan üç iri su anbarı tamamilə quruyub, daha 8 anbarın ehtiyatları isə kritik həddə enib:

“Cari ildə yağıntılar nəticəsində ölkə bəndlərinə ümumilikdə 24 milyard 190 milyon kubmetr su daxil olub. Halbuki bu göstərici ötən ilin eyni dövründə 41 milyard 560 milyon kubmetr idi. Bu da 42 faizlik azalma deməkdir”.