Вернуться назад Распечатать

AZAL təyyarəsinin qəzası ilə bağlı 11 milyon dollar sığorta ödənişi edilib-Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyi bəzi KİV və bloqerlərin AZAL təyyarəsinin qəzası ilə bağlı guya sığorta ödənişlərinin verilməməsi haqda məlumatını dezinformasiya adlandırdı.

Açıqlamada bildirilib ki, Azərbaycan aviaşirkətinə təyyarə üçün 1 milyard 3 milyon rubl sığorta ödənişi edilib. Bundan başqa:

Rusiya vətəndaşlarından 15 nəfərdən 7-si üzrə tam ödənişlər həyata keçirilib,

Azərbaycan vətəndaşlarından 38 nəfərdən 35-i üzrə ödənişlər tamamlanıb,

Qırğızıstan vətəndaşlarından 3 nəfər üzrə,

Qazaxıstan vətəndaşlarından 6 nəfərdən 1-i üzrə ödənişlər həyata keçirilib.

Qəza nəticəsində xəsarət alan sərnişinlərə və həlak olanların ailələrinə ümumilikdə 358,4 milyon rubl ödənilib.

XİN-in bəyanatında deyilir:
"Biz yenə də faciədən siyasi məqsədlərlə istifadə edən, emosional reaksiya doğurmağa hesablanmış spekulyativ dezinformasiya ilə üzləşirik. Bu cür uydurmalar həqiqətə uyğun deyil. Bu, yalandır."

Musavat.com