MTK binanın zirzəmisini qaraj adı ilə başqa-başqa şəxslərə satır...
1xeber.media Xezerxeber.az -a istinadla xəbər verir ki, paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində yerləşən 63 və 63 c saylı binaların sakinləri belə iddia edirlər.
"Xəzər Xəbər"ə müraciət sakinlər bildirirlər ki, MTK binanı tikib təhvil verəndən sonra MMC yaratmayıb, ərazidəki səliqə-sahmanı, blok və həyətin təmizliyini, oturacaqların qurulması, söhbətgahın tikilməsini də öz vəsaitləri hesabına ediblər. Ancaq sakinlər deyirlər ki, MTK binanı və zirzəmini onlara təhvil vermir... Əksinə, zirzəmini satışa çıxarıb.